SON XƏBƏRLƏR

Ukrayna əhalisinin yarısından çoxu müharibənin istənilən halda bitməsini istəyir

2025.08.22, 15:11
Ukrayna əhalisinin yarısından çoxu müharibənin istənilən halda bitməsini istəyir

Ukraynalıların əksəriyyəti müharibənin nə bahasına olursa olsun bitməsini istəyir.

Gunaz.tv

 bu İlko Kuçeriv Demokratik Təşəbbüs Fondunun keçirdiyi sorğu əsasında məlum olub.

Sorğunun nəticələrinə görə, Ukrayna xalqının 73%-i Ukraynanın qələbəsinə inanır.

Müharibənin nəyin bahasına olursa olsun yaxın gələcəkdə bitməsini dəstəkləyənlər isə 55% təşkil edir.

Qeyd olunub ki, bu rəqəm 2024-cü ilə nisbətdə artıb.

Müharibənin başlanğıcında isə əhalinin 91.5%- qələbəyə inanırdı.

Qələbənin əsas göstəricilərinin nə olduğu sualına isə respondentlərin cavab nisbəti belədir:

Bütün ukraynalı əsirlərin, deportasiya edilənlərin və qaçırılanların qaytarılması-37%

Ukraynaya raket hücumlarının dayandırılması-30%

1991-ci ildə nəzərdə tutulmuş sərhədlər daxilində Ukrayna ərazilərinin azad edilməsi-27%

Putinin hakimiyyətdən getməsi-23%

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar