SON XƏBƏRLƏR

Almaniya səfiri İranı tərk edir

2025.08.23, 10:09
Almaniya səfiri İranı tərk edir

Almaniyanın İrandakı səfiri Markus Potzel Tehrandakı missiyasını vaxtından əvvəl başa vuraraq ölkəsinə geri qayıdır.

Gunaz.tv

O, bu barədə bu gün özünün X səhifəsində paylaşım edib.

O, missiyasını vaxtından əvvəl başa vurmasını “şəxsi” adlandırıb və əlavə edib ki, Almaniyanın Tehrandakı səfirliyi və konsulluğundakı işçilərin sayı da azaldılacaq və bu, İran vətəndaşları üçün viza verilməsini daha da məhdudlaşdıracaq.

Potzel İran ilə İsrail arasında 12 günlük müharibə zamanı səfirliyin müvəqqəti bağlanmasına da toxunub: 

“Qısa fasilədən sonra səfirlik və konsulluq yenidən fəaliyyətə başlayıb, lakin personalın azalması səbəbindən viza vermək imkanı artıq əvvəlki qədər güclü deyil”.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar