SON XƏBƏRLƏR

Putin: Amerika ilə münasibətlər İkinci Dünya müharibəsindən sonra ən aşağı səviyyədədir

2025.08.23, 10:35
Putin: Amerika ilə münasibətlər İkinci Dünya müharibəsindən sonra ən aşağı səviyyədədir

Rusiya prezidenti Vladimir Putin Nijni Novqorod vilayətində atom sənayesi nümayəndələri ilə görüşdə Amerika prezidenti Donald Trampla Alyaskada baş tutan danışıqlar barədə danışıb.

Gunaz.tv

"Amerika ilə münasibətlərimizə gəldikdə, onlar İkinci Dünya müharibəsindən sonra ən aşağı səviyyədədir. Mən bunu dəfələrlə demişəm. Amma prezident Trampın hakimiyyətə gəlməsi ilə, düşünürəm ki, o tunelin sonunda bir işıq, hər halda, göründü", – deyə Putin vurğulayıb.

Dövlət başçısı bildirib ki, Arktikada böyük faydalı qazıntı ehtiyatları cəmlənib və əlavə edib ki, Rusiyanın "Novatek" şirkəti artıq həmin regionda, o cümlədən Alyaskada fəaliyyət göstərir. Lakin Putin başqa təfərrüat açıqlamayıb.

Onun sözlərinə görə, Moskva 15 avqustda Trampla görüşdə Ukrayna məsələsində açıq irəliləyiş olmasa da, Vaşinqtonla iqtisadi sazişlər imzalanacağına ümid bəsləyir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar