SON XƏBƏRLƏR

Amerika və Cənubi Koreyanın hərbi təlimləri Şimali Koreyanın narahatlığına səbəb olub

2025.08.23, 10:39
Amerika və Cənubi Koreyanın hərbi təlimləri Şimali Koreyanın narahatlığına səbəb olub

Koreya Xalq Ordusunun Baş Qərargahının rəsmi nümayəndəsi bildirib ki, Amerika və Cənubi Koreyanın keçirdiyi "Ulchi Freedom Shield" adlı birgə hərbi təlimlər Koreya yarımadasında sabitliyi pozur.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Koreya Mərkəzi Teleqraf Agentliyi yayıb.

Onun sözlərinə görə, Amerika və Cənubi Koreya həm ölkə daxilində, həm də xaricdəki etirazlara baxmayaraq, 18–28 avqust tarixlərinə planlaşdırılmış təlimlərə başlayıblar.

Baş Qərargahın nümayəndəsi vurğulayıb ki, bu manevrlər "son dərəcə təxribatçı və aqressiv xarakter daşıyır" və "KXDR-ə qarşı qəfil preventiv zərbə endirilməsini sınaqdan keçirməyə" yönəlib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar