SON XƏBƏRLƏR

Türkiyədə iki iranlının bədənində narkotik aşkarlanıb

2025.08.23, 11:56
Türkiyədə iki iranlının bədənində narkotik aşkarlanıb

Qars vilayəti polis idarəsindən məlumata görə, şəhərə narkotik vasitələrin daşınması barədə xəbər alan narkotiklə mübarizə qrupları Cəfər A. (42 yaş) və Əmir Rəfai S. (34 yaş) adlı iki şəxsə qarşı əməliyyat keçirib.

Gunaz.tv

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu bildirilən iki şəxs Susuz şəhərində sərnişin avtobusunda yaxalanıb.

Polis əməkdaşları ilkin baxış zamanı şübhəlilərin əşyalarında və geyimlərində narkotik vasitə aşkar etməyib. Ancaq şübhəlilər xəstəxanaya aparılandan sonra Əmir Rəfai S-nin mədə və bağırsaqlarında 7 bağlamada 203,2 qram narkotik maddə gizlədildiyi aşkarlanıb.

Əməliyyatdan sonra narkotik vasitələr onun bədənindən çıxarılıb və şübhəli şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs ediliblər.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar