SON XƏBƏRLƏR

Vens: Ukraynada Amerika qoşunları olmayacaq

2025.08.25, 11:27
Vens: Ukraynada Amerika qoşunları olmayacaq

“Təhlükəsizlik zəmanəti çərçivəsində Ukraynada Amerika qoşunları olmayacaq.”

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu sözləri Amerikanın vitse-prezidenti Devid Vens deyib.

"Tramp çox aydın ifadə etdi - Ukraynada Amerika qoşunları olmayacaq. Amma biz ukraynalılara müharibəni bitirmək üçün lazım olan təhlükəsizlik zəmanətlərini, ruslara isə müharibəni bitirə biləcəkləri duyğunu verməyə çalışmaqda davam edəcəyik", - Vens bildirib.

Vens etiraf edib ki, Rusiya atəşkəs istəmir. Lakin Amerika prezidentinin təzyiq göstərmək və bu müharibəni bitirməyə çalışmaq üçün çoxlu kartları var.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar