SON XƏBƏRLƏR

Putin və Pezeşkian Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

2025.08.25, 15:26
Putin və Pezeşkian Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkianla telefon danışığında Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

Gunaz.tv

Söhbət zamanı V.Putin iranlı həmkarını Ankoricdə (Alyaska) keçirilmiş Rusiya-Amerika zirvə görüşünün əsas nəticələri barədə məlumatlandırıb. M.Pezeşkian isə Ukraynada münaqişənin sülh yolu ilə həllinə yönəlmiş diplomatik səylərə dəstəyini ifadə edib.

"Tərəflər həmçinin ikitərəfli gündəliyin aktual məsələlərini, İranın nüvə proqramı ətrafındakı vəziyyəti və Cənubi Qafqaz regionunda hadisələrin inkişafını müzakirə ediblər. Putin və Pezeşkian Çində keçiriləcək ŞƏT sammitində (31 avqust-1 sentyabr) görüşməklə bağlı razılığa gəliblər", - məlumatda bildirilib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar