SON XƏBƏRLƏR

Amerika və Cənubi Koreya ticarət sazişini razılaşdırıb

2025.08.26, 11:44
Amerika və Cənubi Koreya ticarət sazişini razılaşdırıb

Amerika və Cənubi Koreya ikitərəfli ticarət sazişinin şərtləri barədə razılığa gəlib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Amerika Prezidenti Donald Tramp Ağ Evdə Cənubi Koreya Prezidenti Li Çje Myon ilə görüş zamanı bildirib.

“Hə, məncə, razılığa gəldik. Onların bəzi problemləri vardı, amma biz mövqeyimizdə qaldıq. Cənubi Koreya tərəfinin nümayəndələri razılığa gəldiyi sazişi imzalayacaqlar”, – deyə Tramp jurnalistlərə açıqlama verib.

Amerika Prezidenti həmçinin həmkarını tərifləyib:

“O, çox yaxşı insandır, Cənubi Koreyanı çox yaxşı təmsil edir”, – deyə Tramp əlavə edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar