SON XƏBƏRLƏR

Rubio bəzi avropalı XİN başçıları ilə Ukrayna məsələsini müzakirə edib

2025.08.26, 12:01
Rubio bəzi avropalı XİN başçıları ilə Ukrayna məsələsini müzakirə edib

Amerika Dövlət katibi Marko Rubio Ukrayna böhranının həlli məsələsini Böyük Britaniya, İtaliya, Polşa, Ukrayna, Finlandiya, Fransa və Almaniya Xarici İşlər nazirləri ilə telefon danışığı zamanı müzakirə edib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, danışıqlarda Avropa İttifaqının Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas da iştirak edib.

Danışıqlar zamanı tərəflər Ukraynadakı böhranın həllinə dair diplomatik səylər çərçivəsində əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

Danışıqların digər detalları açıqlanmayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar