SON XƏBƏRLƏR

Amerika Lübnanla "Hizbullah"ın tərksilah edilməsini müzakirə edir

2025.08.26, 13:56
Amerika Lübnanla "Hizbullah"ın tərksilah edilməsini müzakirə edir

Lübnan avqustun 31-də "Hizbullah"ı silahı yerə qoymağa razı salmaq üçün nəzərdə tutulan planı təqdim etdikdən sonra İsrail öz təklifini verəcək.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu Amerikanın Lübnandakı xüsusi elçisi Tom Barrak Beyrutda Lübnan Prezidenti Cozef Aunla görüşdən sonra bildirib.

Onun sözlərinə görə, heç kim Lübnanda vətəndaş müharibəsi istəmir.

"İsrail Lübnanın təklifini aldıqdan sonra öz cavabını təqdim edəcək. "Hizbullah" onlara qarşı silahlanmamalıdır", - xüsusi elçi qeyd edib.

T.Barrakı müşayiət edən nümayəndə heyətinin üzvü senator Lindsi Qrem isə deyib ki, Lübnan hökuməti "Hizbullah"ın tərksilah edilməsi planını həyata keçirərsə, Birləşmiş Ştatlar bu ölkə ilə müdafiə sazişi bağlaya bilər.

"Əgər Amerika Yaxın Şərqdə hər hansı bir dövlətlə müdafiə sazişi bağlayacaqsa, bu, böyük ehtimalla Lübnan olacaq", - o bildirib. Bununla belə, Vaşinqton Lübnanın yalnız rəsmi silahlı qüvvələri ilə əməkdaşlıq etməyə hazırdır.

L.Qremin sözlərinə görə, Beyrut tez bir zamanda qərar verməli və "Hizbullah"ı tərksilah etməyin bir yolunu tapmalıdır, əks halda bir çox əməkdaşlıq perspektivləri bağlı qalacaq.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar