SON XƏBƏRLƏR

Amerikada İran əsilli Amerika vətəndaşı İran hökuməti ilə qeyri-qanuni fəaliyyətə görə məhkum edilib

2025.08.27, 11:54
Amerikada İran əsilli Amerika vətəndaşı İran hökuməti ilə qeyri-qanuni fəaliyyətə görə məhkum edilib

Amerikada İran əsilli Amerika vətəndaşı İran hökuməti ilə qeyri-qanuni fəaliyyətə görə 12 ay müddətinə azadlıqdan məhrum edilib.

Gunaz.tv

Bu şəxsin Virciniya ştatının "Great Falls" şəhərindən olan 43 yaşlı Abuzər Rəhməti olduğu qeyd edilib.

Məhkəmə sənədlərinə görə, Rəhməti ən azı 2017-ci ilin dekabrından 2024-cü ilin iyun ayına qədər İran hökumət rəsmiləri və kəşfiyyat agentləri ilə əməkdaşıq edib.

"Rəhməti bəy İran hökumətinin əmrlərini gizli şəkildə yerinə yetirməklə, Amerika vətəndaşı və həssas məlumatlara çıxışı olan federal podratçı kimi ona olan etimada xəyanət edib." - deyə Amerika Baş Prokuroru bildirib.

Prokurorluqdan verilən açıqlamaya görə, 2017-ci ilin avqustunda Rəhməti əvvəllər İranın Kəşfiyyat Nazirliyində çalışmış və Rəhmətinin tələbə yoldaşı olan yüksək rütbəli İran hökumət rəsmisi vasitəsilə İran hökumətinə öz xidmətlərini təklif edib. Bundan sonra Rəhməti İrana səfər edib, orada kəşfiyyat və hökumət rəsmiləri ilə görüşüb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar