SON XƏBƏRLƏR

Zelenski: Təhlükəsizlik zəmanətləri ilə bağlı liderlər formatında müzakirələrin vaxtı çatıb

2025.08.27, 13:05
Zelenski: Təhlükəsizlik zəmanətləri ilə bağlı liderlər formatında müzakirələrin vaxtı çatıb

Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı liderlər formatında diskussiyalara start verməyin vaxtı çatıb.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski özünün “X” hesabında bildirib.

“Hərbi rütbəlilər, müdafiə nazirləri və təhlükəsizlik müşavirləri - bütün səviyyələrdə gələcək təhlükəsizliyimizin komponentləri hazırlanır. Detalların müəyyən olunması prosesini sürətləndiririk. Əsas prioritetlərin və zaman cədvəlinin müəyyən olunması üçün liderlər formatında müzakirələr aparmağın vaxtı çatıb”, - Zelenski qeyd edib.

Ukrayna lideri Rusiyaya qarşı təzyiqin davam etməli olduğunu vurğulayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar