SON XƏBƏRLƏR

Azərbaycanlı məhbusu müdafiə edən fəal cəzalandırıldı

2025.08.27, 14:26
Azərbaycanlı məhbusu müdafiə edən fəal cəzalandırıldı

İranın Gilan əyalətinin Rəşt şəhərinin İnqilab Məhkəməsi qadın hüquqları müdafiəçisi və ictimai fəal Tina Delcunu 1 il azadlıqdan məhrum edib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatı məlumat yayıb.

O, "hökumətə qarşı təbliğat"da günahlandırılıb.

hüquq müdafiəçiləri bildiriblər ki, Tina Delcu, hazırda Rəştin Lakan həbsxanasında saxlanılan edama məhkum edilmiş azərbaycanlı işçi hərəkatı fəalı Şərifə Məhəmmədiyə dəstək verdiyinə görə cəzalandırılıb.

T.Delcu bundan əvvəl paylaşımlarında Ş.Məhəmmədinin barəsində çıxarılan edam hökmünü pisləyib və onun azadlığı üçün başladılan imza kampaniyasına qoşulub.

Qeyd edək ki, Şərifə Məhəmmədi haqqında bundan əvvəl çıxarılan ölüm hökmünü İran Ali Məhkəməsinin 29-cu bölməsi təsdiq edib.

5 dekabr 2023-cü ildə həbs edilən Şərifə Məhəmmədi  "xaricdə hökumətə müxalif olan təşkilata üzv olmaq"da günahlandırılıb və edam cəzasına məhkum edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar