SON XƏBƏRLƏR

Kreml avropalı hərbçilərin Ukraynada yerləşdirilməsinin əleyhinədir

2025.08.27, 14:43
Kreml avropalı hərbçilərin Ukraynada yerləşdirilməsinin əleyhinədir

Kreml avropalı hərbçilərin Ukraynada yerləşdirilməsi ehtimalına mənfi yanaşır.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Avropa hərbçiləri kimi ümumi anlayış yoxdur, mövcud olan konkret ölkələrin hərbçiləridir və bu ölkələrin çoxu NATO üzvüdür. NATO-nun hərbi infrastrukturunun irəliləməsi həmin münaqişə vəziyyətinin əsas səbəblərindən biridir. Buna görə də biz bu cür müzakirələrə mənfi yanaşırıq”, - deyə Peskov qeyd edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar