SON XƏBƏRLƏR

Paşinyan Bayden administrasiyasını tənqid edib

2025.08.28, 13:29
Paşinyan Bayden administrasiyasını tənqid edib

Ermənistan Baş naziri Nikol Paşinyan Amerika Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi Ceyms O’Braynın fəaliyyətini tənqid edib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, Ermənistan lideri bu məsələyə bugünkü brifinqdə toxunub.

Onun sözlərinə görə, “məhz O’Braynın dövründə Ermənistan üçün ən həssas dövr olub”.

“Əgər cənab O’Brayn Ermənistan Respublikasının həssaslığından danışırsa, mən qeyd etməliyəm ki, Ermənistan məhz onun və onların hakimiyyəti dövründə ən həssas dövründə idi. 2021, 2022 və 2023-cü illər hadisələrini xatırlatmaq istəyirəm”, - Paşinyan qeyd edib.

Ermənistan lideri əlavə edib ki, o vaxtkı Amerika administrasiyasının regionda sülh prosesinin dəstəklənməsi məsələlərindəki reaksiyasından və işindən heç vaxt razı qalmayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar