SON XƏBƏRLƏR

İranda dollar yenə bahalaşdı - Ticarət Palatası xəbərdarlıq etdi

2025.08.28, 13:29
İranda dollar yenə bahalaşdı - Ticarət Palatası xəbərdarlıq etdi

"Tətik" mexanizminin işə düşməsi təqdirdə ölkənin pulunun dəyəri kəskin azalacaq.

Gunaz.tv

Bu haqda İran Ticarət Palatası xəbərdarlıq edib.

"Dolların məzənnəsi 135-165 min tümənə çata bilər",- dövlət qurumu bildirib.

Ticarət Palatası inflyasiyanın 75 ilə 90 faiz arasında dəyişəcəyini və iqtisadi artımın mənfi üç faizə qədər davam edəcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, bu gün İran tüməni dollar qarşısında yenidən ucuzlaşıb və Tehranın azad bazarında hər 1 Amerika dolları 101 min tüməndən bahaya satılıb.

Bununla yanaşı İran tüməninə nisbətdə Azərbaycan manatının da dəyəri artıb və bu gün hər 1 AZN-nin qiyməti 59 min 830 tümənə çatıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar