SON XƏBƏRLƏR

Prezident: Minsk qrupunun ləğv edilməsi ilə bağlı birgə müraciət sülh prosesində atılan mühüm addımdır

2025.08.28, 13:31
Prezident: Minsk qrupunun ləğv edilməsi ilə bağlı birgə müraciət sülh prosesində atılan mühüm addımdır

Vaşinqtonda əldə olunan nəticələr tarixi əhəmiyyət kəsb edir.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 28-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbulu zamanı deyib.

Dövlət başçısı bu prosesdə Amerika Birləşmiş Ştatlarının rolunu xüsusi vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, Amerikanın vasitəçiliyi ilə imzalanmış Vaşinqton bəyannaməsi, sülh sazişinin paraflanması və Minsk qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycan və Ermənistanın birgə müraciəti sülh prosesində atılan mühüm addımlardır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar