SON XƏBƏRLƏR

Ərdoğan: Polad Qübbə sistemi ilə hava hücumundan müdafiədə yeni səviyyəyə çatacağıq

2025.08.28, 14:05
Ərdoğan: Polad Qübbə sistemi ilə hava hücumundan müdafiədə yeni səviyyəyə çatacağıq

Türkiyə qabaqcıl hava hücumundan müdafiə sistemləri ilə müdafiə qabiliyyətini yeni səviyyəyə çıxaracaq.

Gunaz.tv

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Gülbaşı qəsəbəsindəki Aselsan müəssisəsində Polad Günbəz sistemlərinin təhvil verilməsi və yeni layihələrin açılışı mərasimində çıxışı zamanı deyib.

"Bu gün 460 milyon dollar dəyərində dostlara güvən, düşmənlərə qorxu bəxş edən 47 Mavi Günbəz sistemi dəstini qəhrəman ordumuza təqdim edirik. Bu gün edilən tədarüklər apardığımız mübarizənin boşa getmədiyinin ən bariz sübutudur. Polad Günbəz sistemi ilə bölgədə hava hücumundan müdafiədə yeni səviyyəyə çatacağıq.” - deyə o qeyd edib.

Rəcəb Tayyib Ərdoğan bu gün təməlqoyma mərasimi keçirilən Uğulbay Texnologiya Bazası haqqında da danışıb.

"Bu layihə 1,5 milyard dollar sərmayə ilə respublikamızın tarixində ən böyük müdafiə sərmayəsidir. 585 min kvadratmetr qapalı və 132 min kvadratmetr istehsal sahəsi ilə bu baza regionun ən qabaqcıl müdafiə texnologiyaları mərkəzlərindən birinə çevriləcək".

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar