SON XƏBƏRLƏR

Rusiya İran dronları ilə Almaniyada Amerika və NATO-nun silah marşrutlarını izləyir

2025.08.28, 15:56
Rusiya İran dronları ilə Almaniyada Amerika və NATO-nun silah marşrutlarını izləyir

Rusiya dronları Amerika və NATO-nun silah tədarük marşrutlarını Şərqi Almaniyada izləyir.

Gunaz.tv

Bu barədə məlumatı “The New York Times“ nəşri Amerika və Avropa hərbi rəsmilərinə istinadən verib.

Məqalədə bildirilir ki, Amerika və Avropa hərbi rəsmiləri Rusiya tərəfindən həyata keçirilən sabotaj aktlarının azalmasına baxmayaraq, bu uçuşlar barədə artan narahatlıqlarını ifadə edirlər.

Nəşrin yazdığına görə, bəzi hallarda İran istehsalı olduğu bildirilən və ehtimal ki, Baltik dənizindəki gəmilərdən buraxılan dronlar Ukraynaya silah tədarüklərini izləmək üçün istifadə olunur.

Amerikalı və alman rəsmilər narahatdırlar ki, Rusiya bu yolla yalnız tədarük barədə məlumat əldə etməklə kifayətlənməyib, həm də bu məlumatdan sabotaj məqsədilə istifadə edə bilər.

Məqalədə qeyd olunur ki, bu müşahidələr fonunda Almaniya hökuməti qanunvericilikdə dəyişiklik etməyi planlaşdırır. Dəyişiklik orduya Ramşteyn və Bavariya yaxınlığındakı bazalar ətrafında dronların vurulmasına icazə verəcək. Çünki siqnal boğucular və digər əks-dron tədbirləri onların uçuşlarını dayandıra bilməyib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar