SON XƏBƏRLƏR

Pezeşkian dövründə olan edam sayı açıqlandı

2025.08.29, 12:53
Pezeşkian dövründə olan edam sayı açıqlandı

Məsud Pezeşkian prezident səlahiyyətlərinə başladığı 1 il 1 ay müddətində İranda ümumilikdə 1643 məhbus edam edilib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatlarının hesabatında bildirilib.

Həmin müddət ərzində siyasi əqidə və fəaliyyətlərinə görə 16 siyasi məhkum da dar ağacından asılıb.

Bu, kütləvi edamlardakı roluna görə "Ayətullah edam" adlandırılan İbrahim Rəisinin prezidentlik dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur.

Qeyd edək ki, cari ildə kimliyi dəqiqləşdirilən edam edilənlərin sayı 842-ə çatıb, onlardan 22-i qadındır.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar