SON XƏBƏRLƏR

Yardımlıda İran vətəndaşından narkotik almaqda şübhəli bilinən şəxslər saxlanılıb

2025.08.29, 13:28
Yardımlıda İran vətəndaşından narkotik almaqda şübhəli bilinən şəxslər saxlanılıb

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı 43 yaşlı İqbal Sahratov və əvvəllər məhkum olunmuş 38 yaşlı Dadaş Kazımov saxlanılıblar.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, həmin şəxslərdən 6 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb.

Araşdırmalarla onların narkotik vasitələri maddi qazanc müqabilində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdikləri müəyyən edilib. Saxlanılan şəxslər ifşa olunmamaq üçün narkotikləri Yardımlı rayonunda yerləşən çətin relyef şəraiti olan ərazilərdən keçirərək paytaxta göndərməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar