SON XƏBƏRLƏR

Vens Trampın səlahiyyətlərini icra etməyə hazır olduğunu bəyan edib

2025.08.30, 10:13
Vens Trampın səlahiyyətlərini icra etməyə hazır olduğunu bəyan edib

Amerikanın vitse-prezidenti Ceyms Vens bəyan edib ki, zərurət yaranacağı halda prezident Donald Trampın səlahiyyətlərini icra etməyə hazırdır.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, o, bu barədə "USA Today"ə müsahibəsində danışıb.

Vensdən Amerika prezidentinin səlahiyyətlərini üzərinə götürməyə hazır olub-olmadığı soruşulduqda o, son 200 gündə iş yerində çox dəyərli təcrübə qazandığını bildirib.

Eyni zamanda, vitse-prezident Trampın “inanılmaz sağlamlığı və enerjisi” olduğunu, Ağ Evdə hamıdan çox çalışdığını vurğulayıb:

“Hə, bəzən dəhşətli hadisələr baş verir. Amma mən əminəm ki, Amerika prezidenti yaxşı formadadır, müddətini sona qədər başa vuracaq və Amerika xalqı üçün böyük işlər görəcək. Əgər, faciəvi hadisə baş versə, son 200 gündə qazandığım təcrübədən daha yaxşı hazırlıq təsəvvür edə bilmirəm ”, – deyə Vens qeyd edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar