SON XƏBƏRLƏR

Pezeşkian: Biz növbəti müharibənin qarşısını almağa çalışırıq

2025.08.30, 12:12
Pezeşkian: Biz növbəti müharibənin qarşısını almağa çalışırıq

Məsud Pezeşkian bəyan edib ki, biz müharibə axtarmırıq, lakin ABŞ və İsrail İrana hücum edərsə, “biz onlara qarşı güclü olacağıq”.

Gunaz.tv

O, bu barədə İran televiziyasında yayımlanan müsahibəsində deyib.

Pezeşkian jurnalistlərin İran xalqının daha bir müharibə istəməməsi ilə bağlı bəyanatına cavab olaraq “məgər biz bunu istəyirikmi?” deyə cavab verib.

İran prezidenti növbəti mümkün müharibənin qarşısını almaq üçün özünün və hökumətinin məsuliyyətini vurğulamağa davam edib və sonra iddia edib ki, Amerika və İsrail İranı parçalamağa çalışırlar.

BMT-nin İrana qarşı sanksiyalarının geri qaytarılmasına zəmin yaradacaq “tetik mexanizmi” prosesinə başlamaq üçün üç Avropa ölkəsinin məktubunun göndərilməsi ilə eyni vaxtda yayımlanan bu müsahibədə Məsud Pezeşkian İranın "tətik mexanizmi"nin işə düşməsində maraqlı olmadığını bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar