SON XƏBƏRLƏR

Bu günədək azad edilmiş ərazilərdə 28 kütləvi məzarlıq müəyyən olunub

2025.08.30, 14:32
Bu günədək azad edilmiş ərazilərdə 28 kütləvi məzarlıq müəyyən olunub

Bu günədək işğaldan azad edilmiş ərazilərdə itkin düşmüş şəxslərin dəfn olunduğu ehtimal edilən 28 kütləvi məzarlıq müəyyənləşdirilərək qazıntı və ekshumasiya işləri aparılıb.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

Onun sözlərinə görə, həmin 28 kütləvi məzarlıqdan bütövlükdə 218 şəxsə aid olduğu ehtimal olunan meyit qalıqları aşkarlanaraq ekshumasiya edilib:

"Aparılmış anatomik və molekulyar-genetik ekspertizaları nəticəsində onlardan 60 nəfərinin şəxsiyyəti müəyyənləşdirilərək ailələrinə təhvil verilib".

 

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar