SON XƏBƏRLƏR

İranlılar səfirin qovulmasından məmnundur!

2025.08.30, 15:03
İranlılar səfirin qovulmasından məmnundur!

Avstraliyada yaşayan iranlılar İran səfirinin bu ölkədən qovulmasından məmnudurlar və buna görə Kanbra hökumətinə minnətdarlıqlarını bildirirlər.

Gunaz.tv

Bunu İranın Avstraliya İcma Təşkilatının rəhbəri Siyamək Qəhrəman deyib.

"Onların qovulmasından məmnunuq və onlar üçün darıxmayacayıq",- o bildirib.

Həmin təşkilat bundan əvvəl İran səfirliyinin bağlanmasına və SEPAH-ın terror təşkilatı elan edilməsinə çağırmışdı.

Qeyd edək ki, 3 gün əvvəl Avstraliya hökuməti iki antisemit hücumunda iştirak ittihamı ilə İran səfirini Avstraliyadan qovub.

Bununla yanaşı Kanbra hökuməti SEPAH-ı terror təşkilatları siyahısına salmaq qərarına gəlib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar