SON XƏBƏRLƏR

İran Avropa ölkələrini ittiham etdi: "Müstəqilliklərini itiriblər"

2025.09.02, 10:10
İran Avropa ölkələrini ittiham etdi: "Müstəqilliklərini itiriblər"

Avropa ölkələri müstəqilliklərini itiriblər. Onlar Amerika Prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı siyasətini kor-koranə dəstəkləməklə məşğuldurlar.

Gunaz.tv

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai iddia edib.

“Avropalılar Trampın dediyini edirlər. Avropanın xarici siyasət liderlərinin nüvə siyasətini yada salın: Xavyer Solana, Keti Eşton, Federika Moqerini və Jozep Borrell İran və ABŞ arasında körpü olmağa çalışırdılar. Onlar sübut etməyə çalışırdılar ki, danışıqlarda avropalı tərəfdaşdırlar. İndi Avropa vasitəçilik rolunu itirib. Bu rolu Amerikaya təhvil vermələri tamamilə məsuliyyətsizlikdir”.

Bəqai BMT Təhlükəsizlik Şurasının Tehrana qarşı sanksiyalarını yeniləyəcəyi təqdirdə İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa biləcəyini vurğulayıb.

Qeyd edək ki, Avropa üçlüyünün (Almaniya, Britaniya və Framsa) İrana qarşı "tərik" mexanizminin işə salınması barədə qərarı, İran rəhbəri Əli Xameneinin son bəyanatından sonraya təsadüf edir.

Xamenei son çıxışında Qərb, özəlliklə Amerika ilə danışıqların mənasız olduğunu bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar