SON XƏBƏRLƏR

Bessent: Amerika Rusiyaya qarşı bütün fəaliyyət variantlarını nəzərdən keçirəcək

2025.09.02, 11:08
Bessent: Amerika Rusiyaya qarşı bütün fəaliyyət variantlarını nəzərdən keçirəcək

Amerika davam edən Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Moskvaya qarşı bütün mümkün fəaliyyət variantlarını çox "diqqətlə nəzərdən keçirməyi" planlaşdırır.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Amerika maliyyə naziri Skott Bessent "Fox Business" telekanalına müsahibəsində bildirib.

"Düşünürəm ki, prezident Donald Trampla bütün variantlar nəzərdən keçirilir və bu həftə biz onları çox diqqətlə öyrənəcəyik", - deyə o, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi ehtimalını şərh edərkən söyləyib.

Bessent əlavə edib ki, Rusiyaya qarşı fəaliyyət variantlarını nəzərdən keçirmək qərarı RF prezidenti Vladimir Putin və Trampın Alyaskadakı görüşündən sonra Moskvanın Ukrayna ərazisinə zərbələri artırması ilə bağlıdır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar