SON XƏBƏRLƏR

NATO Amerikadan Ukrayna üçün 2 milyard dollar dəyərində silah alıb

2025.09.02, 15:45
NATO Amerikadan Ukrayna üçün 2 milyard dollar dəyərində silah alıb

NATO ölkələri avqust ayının əvvəlindən bəri Amerikadan Ukrayna üçün artıq 2 milyard dollar dəyərində silah alıblar.

Gunaz.tv

Bunu NATO-nun baş katibi Mark Rütte Lüksemburqda keçirdiyi mətbuat konfransında bildirib.

“NATO ölkələri Amerikadan Ukrayna üçün 2 milyard dollar dəyərində silah alıblar. Bu silahların arasında həm ölümcül, həm də qeyri-ölümcül növlər var”, — deyə o vurğulayıb.

Qeyd edək ki, avqust ayından işə salınmış sxemə əsasən, Amerika öz silahlarını Kiyevə göndərir, həmin silahların tam ödənişini isə Avropa ölkələri həyata keçirir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar