SON XƏBƏRLƏR

Avropa üçlüyü İrandan bunu tələb edir - Mühacirani

2025.09.03, 09:53
Avropa üçlüyü İrandan bunu tələb edir - Mühacirani

Avropa üçlüyü İrandan Amerika ilə birbaşa danışıqlar aparmasını tələb edir.

Gunaz.tv

Bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani deyib.

"Böyük Britaniya, Almaniya və Fransa İrana bildiriblər ki, əgər İslam Respublikası Amerika ilə birbaşa danışıqlara razılıq verərsə, "tətik" mexanizminin bərpasını təxirə salmağa hazırdırlar",- o bildirib.

Mühacirani, "tətik" mexanizminin tətbiqinin işə salınması müddətinin uzadılması üçün avropalıların irəli sürdüyü şərti qəribə adlandırıb.

Hökumət sözçüsü üç Avropa ölkəsinin irəli sürdüyü şərtin qeyri-qanuni olduğunu iddia edib:

"Onlar bizdən özü razılaşmadan çıxmış bir ölkə ilə birbaşa danışıqlar aparmağımızı istəyirlər".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar