SON XƏBƏRLƏR

Lavrov: Amerika Ukrayna ilə bağlı fəal diplomatik səylər göstərir

2025.09.03, 11:16
Lavrov: Amerika Ukrayna ilə bağlı fəal diplomatik səylər göstərir

Vaşinqton Ukrayna böhranının həlli üçün fəal diplomatik səylər göstərir, Rusiya və Amerika prezidentləri arasında aparılan təmaslar isə məzmunlu xarakter daşıyır.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İndoneziyanın "Kompas" qəzetinə verdiyi müsahibədə bildirib.

"Son vaxtlar Ukrayna kontekstində fəal diplomatik səylər Amerika administrasiyası, xüsusilə prezident Donald Tramp tərəfindən həyata keçirilir", – deyə Lavrov vurğulayıb.

Nazir xatırladıb ki, 15 avqust tarixində Alyaskada Rusiya Prezidenti Vladimir Putin və Amerika Prezidenti Donald Tramp arasında görüş baş tutub. Görüşdə Ukrayna məsələsi də daxil olmaqla, bir sıra mövzularda faydalı müzakirələr aparılıb.

Lavrov əlavə edib ki, dövlət başçıları arasında bir neçə məzmunlu telefon danışığı da olub.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar