SON XƏBƏRLƏR

Böyük Britaniyanın müdafiə naziri Kiyevdə səfərdədir

2025.09.03, 11:45
Böyük Britaniyanın müdafiə naziri Kiyevdə səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Con Hili Kiyevdədir.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal məlumat verib.

"Böyük Britaniyanın müdafiə naziri Con Hilini Ukraynada salamlamağa şadam. Görüş zamanı Londonda "Ramştayn" formatında keçiriləcək növbəti iclasda müzakirə olunacaq əsas məsələləri və müdafiə sayəsində birgə layihələri koordinasiya edəcəyik", - D.Şmıqal sosial şəbəkədə yazıb.

O, həmçinin əlavə edib ki, "ölkələrimizin müdafiə qabiliyyətini gücləndirəcək mühüm ikitərəfli qərarlar" hazırlanır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar