SON XƏBƏRLƏR

Amerika İranın neft qaçaqmalçılığı şəbəkələrinə qarşı yeni sanksiyalar tətbiq edir

2025.09.03, 12:33
Amerika İranın neft qaçaqmalçılığı şəbəkələrinə qarşı yeni sanksiyalar tətbiq edir

Amerika İranın neft qaçaqmalçılığı şəbəkələrinə qarşı yeni sanksiyalar tətbiq edib.

Gunaz.tv

Amerika Maliyyə Nazirliyi İraq nefti adı altında İran neftini qaçaqmalçılıq yolu ilə daşıyan iraqlı iş adamı Valid əl-Samraeinin rəhbərlik etdiyi gəmiçilik şirkətləri və gəmilərinə sanksiya tətbiq edib.

Amerika Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi şəbəkəni “İran neftini gizli şəkildə İraq nefti ilə qarışdırmaqda və sonra sanksiyalardan yayınmaq üçün onu yalnız İraq nefti kimi satmaqda” ittiham edib.

Amerika Maliyyə Naziri Scott Basnet açıqlamasında "İraq terrorçular üçün təhlükəsiz sığınacaq ola bilməz, buna görə də Birləşmiş Ştatlar İranın ölkədəki təsirinə qarşı durmağa çalışır" deyib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar