SON XƏBƏRLƏR

İsrail Ordusu "Hizbullah"ın Lübnandakı obyektlərinə zərbələr endirib

2025.09.04, 09:57
İsrail Ordusu "Hizbullah"ın Lübnandakı obyektlərinə zərbələr endirib

İsrail hərbçiləri Lübnanın güneyində "Hizbullah" terror təşkilatının obyektlərinə yeni silsilə zərbələr endirib.

Gunaz.tv

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zərbələrin hədəflərindən biri "Hizbullah"ın mühəndis avadanlıqlarının olduğu anbar olub. İsrail hərbçilərinin fikrincə, anbar radikal təşkilatın hərbi baxımdan "potensialını bərpa etmək" və "terror fəaliyyəti" həyata keçirmək üçün nəzərdə tutulub.

Bundan əlavə, Lübnanın güneyindəki Cibbin qəsəbəsi ərazisində "Hizbullah"a məxsus raket buraxılış qurğusu vurulub.

"Zərbənin endirildiyi mühəndis avadanlıqları və buraxılış qurğusunun orada olması İsrail və Lübnan arasında atəşkəs razılaşmalarının pozulması deməkdir. Ordu İsrail dövlətinə qarşı hər hansı təhlükəni aradan qaldırmağa davam edəcək", - hərbçilər bildirib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar