SON XƏBƏRLƏR

Polşa Prezidenti: Amerika ölkəmizə təhlükəsizlik zəmanəti verib

2025.09.04, 10:01
Polşa Prezidenti: Amerika ölkəmizə təhlükəsizlik zəmanəti verib

Polşa Prezidenti Karol Navrocki Vaşinqtonda Amerika Prezidenti Donald Trampla görüşünə yekun vurarkən qeyd edib ki, Vaşinqton Varşavaya təhlükəsizlik zəmanəti verib.

Gunaz.tv

Navroçki əldə olunmuş razılaşmalardan xüsusi məmnunluğunu bildirib.

"Prezident Tramp Polşaya təhlükəsizlik zəmanəti verdi, hərbi sahədə əməkdaşlığımızı qeyd etdi və bu məni xüsusilə sevindirdi", - Polşa lideri bildirib.

Onun sözlərinə görə, görüş böyük uğurla keçib və danışıqlar zamanı Polşada Amerika hərbi mövcudluğunun genişləndirilməsi müzakirə olunub.

Navroçki deyib ki, cümə axşamı Amerikanın müdafiə naziri Pit Heqset və Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Slavomir Çeçkeviç Polşanın təhlükəsizliyinin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə edəcək danışıqlar aparacaqlar.

Jurnalistlərin suallarını cavablandıran prezident vurğulayıb ki, o, Amerika qoşunlarının Polşada daimi olması üçün real imkan görür. Karol Navrocki əlavə edib ki, Heqset və Çenkeviç arasında danışıqlarda həm Amerika hərbi kontingentinin yerləşdirilməsi və təhlükəsizlik zəmanətləri, həm də ölkənin müdafiə infrastrukturunun inkişafı üçün yeni layihələr nəzərdən keçiriləcək.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar