SON XƏBƏRLƏR

NASA: Amerika 2030-cu illərdə Marsa astronavt göndərəcək

2025.09.04, 10:02
NASA: Amerika 2030-cu illərdə Marsa astronavt göndərəcək

Amerika 2030-cu illərin əvvəllərində Marsa astronavt göndərə biləcəyinə ümid edir.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu nəqliyyat naziri - Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) direktor vəzifəsini icra edən Şon Daffi "Fox News" telekanalına müsahibəsində deyib.

"Biz Aya faydalı yüklərin göndərilməsinə başlamaq və orada bazanın tikintisinə başlamaq istəyirik, sonra isə 2030-cu illərin əvvəllərində Marsa getmək istəyirik. Bu, 8 aylıq missiya olacaq", - o bildirib.

"Ümid edirəm ki, (gələn ilin aprelində) göyərtəsində dörd astronavt olan gəmi Ayın ətrafında uçacaq. Sonra biz Aya enəcəyik və orada 8-12 gün qalacağıq." - rəsmi əlavə edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar