SON XƏBƏRLƏR

Rusiya nümayəndə heyəti Azərbaycana səfər edəcək

2025.09.04, 11:38
Rusiya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Rusiya nümayəndə heyəti tezliklə MDB Oyunlarının keçiriləcəyi Azərbaycana səfər edəcək.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu Şərq İqtisadi Forumunda çıxış edən Rusiyanın idman naziri Mixail Deqtyarev deyib.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti MDB Oyunlarının keçiriləcəyi Azərbaycana səfər etməyə hazırlaşır: “Azərbaycanın idman naziri cənab Qayıbov məni şəxsən dəvət edib. Səfərimlə bağlı qərarımı ayrıca verəcəyəm”.

Qeyd edək ki, üçüncü MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində keçiriləcək və iştirakçılar idmanın 23 növü üzrə mübarizə aparacaqlar.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar