SON XƏBƏRLƏR

İran Zəngəzur müqaviləsində ən böyük uduzan tərəfdir - "The Hill"

2025.09.05, 10:16
İran Zəngəzur müqaviləsində ən böyük uduzan tərəfdir - "The Hill"

Ötən ay Amerika prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan Respublikası ilə Ermənistan arasında imzalanan “Zəngəzur dəhlizi” sazişi, analitiklərin fikrincə, Amerikanın diplomatik qələbəsi və İrana strateji zərbədir.

Gunaz.tv

Bunu Amerikanın "The Hill" nəşri yazıb.

"Yeni saziş Azərbaycan və Naxçıvan arasında Ermənistan ərazisindən keçəcək və İrəvanın yurisdiksiyasında qalacaq birbaşa yol marşrutu yaradacaq.

Bu marşrut faktiki olaraq İrandan yan keçəcək və Vaşinqtona Cənubi Qafqazda “Beynəlxalq Sülh və Rifah üçün Tramp Dəhlizi” adlandırılan marşrutun inkişafı üçün 99 illik güzəşt verəcək",- nəşr əlavə edib.

"The Hill" bildirib ki, İran onilliklər ərzində öz coğrafi mövqeyindən regionun tranzit marşrutları üzərində təsir rıçaqlarını qorumaq üçün istifadə edib:

"Ancaq Zəngəzur dəhlizi Tehranın üstünlüyünü azaldacaq və onun Bakı və Ankara üzərində təsirini məhdudlaşdıracaq".

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar