SON XƏBƏRLƏR

Zelenski: Biz Amerikaya Ukrayna səmasını qorumaq üçün xüsusi format təklif etdik

2025.09.05, 11:20
Zelenski: Biz Amerikaya Ukrayna səmasını qorumaq üçün xüsusi format təklif etdik

Rəsmi Kiyev Amerikaya Ukrayna səmasını qorumaq üçün xüsusi formatın nəzərdən keçirilməsini təklif edib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında Amerika lideri Donald Trampla söhbətindən sonra bildirib.

"Biz Ukrayna səmasının maksimum mühafizəsi haqqında da danışdıq. Nə qədər ki, sülh yoxdur, ukraynalılar Rusiyanın daimi hücumlarından asılı olmamalıdır, Rusiya raketləri və pilotsuz təyyarələri insan həyatına son qoymamalıdır. Ukrayna Amerikaya Ukrayna səmasının qorunması üçün xüsusi formatın nəzərdən keçirilməsini təklif edib", - o yazıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar