SON XƏBƏRLƏR

Zelenski və Rutte Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə edib

2025.09.05, 11:44
Zelenski və Rutte Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə edib

Ukrayna prezidenti Volodimir Zelenski və NATO Baş katibi Mark Rutte arasında telefon danışığı olub.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Zelesnki özünün “X” hesabında məlumat yayıb.

“Ukrayna üçün təhlükəsizlik zəmanətləri mövzusunda daha cəld hərəkət etmək vacibdir. Biz həqiqi diplomatiya üçün koordinasiyanı davam etdiririk. Putin özünü elə aparır ki, guya ona sülh, danışıqlar lazım deyil. Amma əslində qlobal təzyiq Rusiyanın müharibəni bitirməkdə marağını formalaşdıra bilər. Kömək edən hər kəsə təşəkkür edirəm”,- Ukrayna lideri ifadə edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar