SON XƏBƏRLƏR

Vyanada İran nümayəndə heyəti ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında

2025.09.05, 14:51
Vyanada İran nümayəndə heyəti ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında

Vyanada İran nümayəndə heyəti ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında danışıqların yeni raundu keçiriləcək.

Gunaz.tv

Bunu İranın beynəlxalq təşkilatlardakı səfiri Rza Nəcəfi deyib.

Nəcəfi bildirib ki, danışıqlarda əməkdaşlığın müəyyənləşdirilməsi üzrə məsləhətləşmələr həyata keçiriləcək. O əlavə edib ki, danışıqlar “İran və BAEA arasında əməkdaşlığın yeni formasını” müəyyən edəcək.

Xatırladaq ki, İyun ayında İsrail və Amerikanın İrana hərbi zərbələrindən sonra İran parlamenti BAEA ilə əməkdaşlığı dayandıran və yoxlamalara yeni məhdudiyyətlər qoyan qanun layihəsini qəbul etmişdi. BAEA-nın yenidən yoxlamalara başlaması üçün hər hansı tənzimləmə indi İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməlidir.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar