SON XƏBƏRLƏR

İsrail hər an hücum edə bilər - Keyhan

2025.09.06, 10:19
İsrail hər an hücum edə bilər - Keyhan

Ölkənin şəraiti normal deyil və hər an iqtisadi, sosial və mədəni böhrana ağır müharibə də əlavə oluna bilər.

Gunaz.tv

Bunu Əli Xaməneinin ofisinin mətbu orqanı olan "Keyhan" qəzeti yazıb.

“Biz hamımız bilirik ki, düşmən böyük ehtimalla növbəti təcavüzü planlaşdırır”,- qəzet xəbərdarlıq edib.

“Keyhan” qəzeti İranda kəskin qiymət artımına və 12 günlük müharibəyə toxunaraq, narazıların yaranan şərayitdən istifadə etməyə çalışdıqlarını yazıb: 

“İqtisadi problemlər və inflyasiya xalqın belini qırdığı halda, bəzi insanlar milli birlik şüarı verənlər də, birdən-birə iqtisadiyyatı yox, konsertləri ölkənin əsas məsələsinə çevirir, ölkəni sosial və mədəni sahədə də müharibəyə sürükləmək istəyirlər”.

Bir gün əvvəl İran xarici işlər nazirinin müavini Səid Xətibzadə də İsrailin yenidən hücum ehtimalının yüksək olduğunu bildirib.

O, bir neçə saat sonra sözünü geri götürüb və bəyanatının "yanlış" anlaşıldığını deyib.

Qeyd edək ki, "Keyhan"ın baş redaktoru radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari birbaşa Əli Xameneinin göstərişi ilə bu vəzifəyə təyin olunub. 

Burada gedən yazılar İranın rəhbəri Əli Xameneinin başçılıq etdiyi mühafizəkar qanadın - SEPAH və ETTELAAT-ın mövqeyini əks etdirir. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar