SON XƏBƏRLƏR

Tramp Pentaqonun adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirib

2025.09.06, 10:38
Tramp Pentaqonun adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirib

Amerika Prezidenti Donald Tramp Müdafiə Nazirliyinin (Pentaqon) adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirib.

Gunaz.tv

Amerika Prezidenti müvafiq sərəncamı Oval ofisdə kameralar qarşısında imzalayıb.

Trampın sözlərinə görə, Amerika heç kimin rəqabət apara bilməyəcəyi "dünyanın ən güclü ordusuna və ən yaxşı silahlarına" malikdir. O əlavə edib ki, yeddi müharibəyə son qoyub və Ukrayna münaqişəsi də "eyni aqibətlə" üzləşəcək.

Tramp Ağ Evdə keçirdiyi brifinqdə deyib: "Biz istənilən müharibədə qalib gələ bilərdik, lakin siyasi cəhətdən korrektəyə məcbur olduq".

Qeyd edək ki, Amerika Müharibə Nazirliyi 1789-1947-ci illərdə mövcud olub, 1947-1949-cu illərdə Ordu Nazirliyi, 1949-cu ildən isə Amerika Müdafiə Nazirliyi adlandırılıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar