SON XƏBƏRLƏR

Tramp Ukrayna üçün təhlükəsizlik zəmanətlərini həll edəcəyinə söz verib

2025.09.06, 11:06
Tramp Ukrayna üçün təhlükəsizlik zəmanətlərini həll edəcəyinə söz verib

Amerika prezidenti Donald Tramp Ukrayna üçün təhlükəsizlik zəmanətləri məsələsini həll edəcəyinə söz verib, lakin Avropanın bu məsələdə birinci olacağını deyib.

Gunaz.tv

"Bəli, biz bunu həll edəcəyik. Biz onlara kömək edəcəyik. Baxın, biz çoxlu insanın həyatını xilas etmək istəyirik. Ona görə də bununla bağlı nə isə edəcəyik. Məncə, insanlar bunu gözləyir. Biz onlara kömək edəcəyik. Biz edəcəyik. Avropa birinci olacaq, onlar birinci olmaq istəyirlər və bunun başa çatmasını istəyirlər. Avropa bunun bitməsini istəyir", – deyə o vurğulayıb.

Tramp əmindir ki, Avropa Ukraynada nizamlanma istəyir və onun təhlükəsizlik zəmanətlərinin təmin edilməsində əsas rol oynayacağını bildirib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar