SON XƏBƏRLƏR

Bəlucistanda SEPAH kəşfiyyatının yerli komandiri öldürülüb

2025.09.08, 13:34
Bəlucistanda SEPAH kəşfiyyatının yerli komandiri öldürülüb

Sentyabrın 6-si şənbə günü axşam, SEPAH kəşfiyyatının yerli komandiri İrəc Şəms Bəlucistanın Pişin şəhərində silahlı şəxslər tərəfindən güllələnərək öldürülüb.

Gunaz.tv

Hadisə axşam saat 21:00 radələrində şəhərin bazarında o, bərbərxanada olarkən baş verib. Silahlı hücumçular SEPAH üzvünü dəfələrlə güllələyiblər.

İrəc Şəms əvvəllər Mahkul və Redig kəndlərində SEPAH bazalarına, eləcə də keçmiş üç yol kəsişməsinin təhlükəsizliyinə cavabdeh idi.

Yerli mənbələr onun müxtəlif missiyalarda, o cümlədən bölgədə Bəluc vətəndaşlarının həbsi və sıxışdırılmasında iştirak etdiyini bildirir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar