SON XƏBƏRLƏR

"Dəli Domrul" tamaşası Təbrizdə böyük rəğbətlə qarşılanıb

2025.09.09, 12:27
"Dəli Domrul" tamaşası Təbrizdə böyük rəğbətlə qarşılanıb

Məhəmməd Salar Quluzadənin quruluşçusu olduğu "Dəli Domrul" tamaşası hazırda Təbrizin “Naci” kinoteatrının “Ustad Siami” zalında səhnələşdirilir və tamaşa izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Gunaz.tv

“Abbas Lisani İnformasiya səhifəsi”nin məlumatına görə, qonaqlar bu əsəri qədim Azərbaycan mifləri ilə müasir insanın qayğıları arasında körpü qurmağı bacaran unikal və fərqli bir tamaşa kimi qiymətləndiriblər.

Tamaşa türk ədəbiyyatının önəmli parçalarından olan "Dədə Qorqud" dastanının motivləri əsasında hazırlanıb. Hekayənin qəhrəmanı Domrul ölüm və ölümsüzlük anlayışı qarşısında yeni idrak yolunu yaşayır. Yazıçı və rejissor qədim povesti müasir yanaşma və dinamik dramatik dillə bugünkü nəsil üçün canlandırmağa çalışıb. Əsərdə ölüm, tale, gerçək eşq və Tanrının insan həyatı üzərindəki qüdrəti kimi məfhumlara diqqət yetirilir,

"Dəli Domrul" tamaşasının diqqət çəkən məqamlarından biri də qadın aktyorlar üçün ənənəvi firuzəyi rəngli kostyumların tərtibatıdır ki, bu da səhnəyə xüsusi görkəm verib və tamaşaçıların diqqətini cəlb edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar