SON XƏBƏRLƏR

İranın keçmiş müşaviri Misirdə həbs olunduğunu və İraqa qayıtdığını elan edib

2025.09.09, 13:24
İranın keçmiş müşaviri Misirdə həbs olunduğunu və İraqa qayıtdığını elan edib

Tehranın Misirdə yoxa çıxdığını təsdiq etdiyi İranın keçmiş mədəniyyət müşaviri Əmir Musəvi Misirdən İraqa qayıtdığını açıqlayıb.

Gunaz.tv

O, Misir təhlükəsizlik qüvvələri tərəfindən Qahirə hava limanında həbs edilməsinin səbəbləri ilə bağlı əlavə açıqlama verməyərək, İraqa qayıtmasında köməklik göstərdikləri üçün İran və İraqın Misirdəki hökumətlərinə və nümayəndəliklərinə təşəkkür edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bazar ertəsi səhər Tehranda Musəvinin Misirdə “oğurlanması” faktını “təsdiqləyib” və əlavə edib ki, İran öz vətəndaşlarının hüquqlarını qoruyacaq.

Misir hökuməti, polisi və ya təhlükəsizlik xidməti Musəvinin hava limanında həbsinin səbəbləri ilə bağlı heç bir məlumat yaymayıb. Onun sorğu-sual edilib-edilmədiyi məlum deyil.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar