SON XƏBƏRLƏR

İran səfiri yenə Azərbaycana qarşı açıqlama verdi: “Heç bir dəhliz olmayacaq”

2025.09.09, 14:07
İran səfiri yenə Azərbaycana qarşı açıqlama verdi: “Heç bir dəhliz olmayacaq”

İranın Ermənistandakı səfiri Mehdi Sobhani “Zəngəzur dəhlizi” ilə bağlı növbəti dəfə Azərbaycana qarşı açıqlama verib.

Gunaz.tv

Günaz TV Yeni Müsavata istinadən xəbər verir ki, o, bildirib ki, Qərbi Azərbaycan rayonlarını Sünik vasitəsilə Naxçıvanla birləşdirən yolun “dəhliz” adlandırıldığını eşitməyib.

Azərbaycan Prezidenti İlham Əliyevin Çində keçirilən sammitdə bu ifadədən istifadə etməsinə münasibət bildirən Sobhani iddia edib:

"‘Dəhliz’ adlı heç nə mövcud deyil. Söhbət yoldan gedir — nə sülh sazişində, nə də imzalanmış bəyanatda dəhlizdən söz açılır. Heç bir dəhliz olmayacaq, zorla heç nə alınmaz”.

Qeyd edək ki, artıq səlahiyyət müddəti başa çatmaq üzrə olan Mehdi Sobhani Ermənistanda fəaliyyət göstərdiyi bütün dövr ərzində anti-Azərbaycan ritorikası ilə seçilib. Onun açıqlamaları bir çox hallarda hətta erməni siyasətçilərinin mövqeyindən daha sərt olub.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar