SON XƏBƏRLƏR

İcraçı direktor: Amerika şirkətləri "Tramp yolu" ilə bağlı layihələrdə iştirak imkanını dəyərləndirəcək

2025.09.09, 15:51
İcraçı direktor: Amerika şirkətləri "Tramp yolu" ilə bağlı layihələrdə iştirak imkanını dəyərləndirəcək

Amerika şirkətləri "Tramp yolu" ilə bağlı layihələrdə iştirak etmək və tenderlərdə öz təkliflərini təqdim etmək imkanını böyük məmnuniyyətlə dəyərləndirəcəklər.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu Amerika İqtisadi maliyyələşdirmə korporasiyasının icraçı direktoru Kennet Angel Amerika biznes nümayəndə heyətinin Azərbaycana səfərinin yekunlarına həsr olunmuş brifinqdə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, "Tramp yolu" ilə əlaqədar bir sıra geosiyasi faktorlar mövcuddur:

"Bir tərəfdə Rusiya, digər tərəfdə isə İran bu dəhlizin istifadəyə verilməsini istəmir. Türkiyə isə əksinə, dəhlizin açılmasına dəstək nümayiş etdirir. Ermənistan da bu prosesdə maraqlıdır, çünki marşrutdan keçəcək yüklərdən rüsum toplamaq imkanı onlar üçün üstünlük hesab olunur. Məncə, bu məsələ müəyyən təhlükəsizlik təminatları və diplomatik yanaşma tələb edəcək. Lakin bu, iqtisadi tərəqqidən fərqli bir mövzudur".

Kennet Ancel əlavə edib ki, hazırda "Tramp marşrutu" ilkin mərhələdədir:

"Lakin yol istifadəyə verilib fəaliyyətə başladıqdan sonra Amerika şirkətləri tenderlərdə iştirak etmək və layihələrə qoşulmaq imkanını məmnunluqla qarşılayacaqlar. Hansı şirkətin daha sərfəli təklif irəli sürəcəyi isə o vaxt bəlli olacaq".

Qazaxıstanda Amerika Ticarət Palatasının icraçı direktoru Ceff Erliç isə məsələyə münasibət bildirərək qeyd edib ki, Amerika şirkətləri dünyanın aparıcı biznes strukturlarıdır:

"Amerikanın texnologiyasına, maliyyə resurslarına, təcrübəsinə və məhsullarına böyük ehtiyac var. Ümid edirəm ki, bu istiqamətdə də müəyyən fürsətlər yaranacaq".

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar