SON XƏBƏRLƏR

Amerika konqresmenləri Çinə səfər edəcək

2025.09.10, 11:29
Amerika konqresmenləri Çinə səfər edəcək

Amerika Konqresinin Nümayəndələr Palatasının iki partiyalı qanunverici qrupu sentyabrda Çinə rəsmi səfər edəcək.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Rəsmilərin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşmək niyyətində olduğu vurğulanıb.

Televiziya kanalı qeyd edib ki, bu, Nümayəndələr Palatasının üzvlərinin 2019-cu ildən bəri ilk belə səfəridir.

Bundan əvvəl Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat verib ki, Çin-Amerika ticarətinin həcmi yanvar-avqust aylarında təxminən 380 milyard dollara düşüb ki, bu da illik müqayisədə 14 faizdən çox azdır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar