SON XƏBƏRLƏR

Ursula fon der Lyayen: Aİ Ukraynada dron istehsalına 6 milyard avro ayıracaq

2025.09.10, 13:12
Ursula fon der Lyayen: Aİ Ukraynada dron istehsalına 6 milyard avro ayıracaq

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa İttifaqının (Aİ) Ukraynada pilotsuz uçuş aparatlarının (PUA) istehsalının təşkili üçün 6 milyard avro ayıracağını elan edib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, o, bunu bu gün Strasburqda Avropa Parlamentinə illik müraciətində bildirib.

"Mən elan edə bilərəm ki, Avropa ERA kreditindən 6 milyard avro ayıracaq və Ukrayna ilə pilotsuz uçuş aparatları alyansına qoşulacaq", - AK prezidenti deyib.

O əlavə edib ki, Aİ hazırda Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində işləyir.

"Hazırda biz tərəfdaşlarla birgə 19-cu paket üzərində işləyirik. Biz Rusiyanın qazıntı yanacaqlarından imtinanın sürətləndirilməsinə, "kölgə" donanmasına və üçüncü ölkələrə (Rusiyaya sanksiyalardan yayınmağa kömək edən - red.) xüsusi diqqət yetiririk", - Ursula fon der Lyayen vurğulayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar